ANS-də “yarpaq tökümü“ davam edir

11 İyul 2013 12:32 (UTC+04:00)
ANS telekanalında məşhur aparıcıların istefası davam edir.

AzNews.az. AzVision.az-a istinadən xəbər verir ki, uzun müddətdir ANS TV-də çalışan telejurnalist, "Düz Bucaq" verilişinin aparıcısı Ayaz Nizamioğlu (Mirzəyev) və televiziyanın idman xəbərləri departamentinin rəisi Amil Hacıyev ərizə yazaraq işdən çıxıblar.

Açıqlamasında işdən çıxdığını təsdiq edən Ayaz Nizamioğlu ANS telekanalının rəhbərliyi ilə aralarında hansısa problemin yaşanmadığını bildirib. O, qeyd edib ki, bu məsələ şəxsi xarakter daşıyır və müzakirəyə bağlıdır:

"Özüm ərizə yazaraq işdən ayrıldım. Yəni rəhbərliklə aramızda heç bir narazılıq olmadı. Artıq 10 il idi ki, ANS-də işləyirdim. Bundan sonra başqa istiqamət üzrə çalışmaq istəyirəm. Hazırda isə istirahət edirəm"-deyə, məşhur aparıcı əlavə edib.

Amil Hacıyevlə nə qədər əlaqə saxlamaq istəsəkdə, cəhdlərimiz boşa çıxdı.

Qeyd edək ki, ANS-ın tanınmış aparıcısı Umka Hacıyeva da kanaldan ərizə yazaraq işdən çıxdığını bildirmişdi.

AzNews.az