Çində daha 12 nəfəri sel apardı- VİDEO

11 İyul 2013 18:00 (UTC+04:00)
Rəsmilərin verdiyi məlumata görə, ölkənin Şimal Şərq hissəsində yerləşən Çincun şəhərində daşqın suları kömür mədənində uçquna səbəb olub.

Nəticədə isə,12 nəfər ölüb. Sonuncu fəsadlar da daxil olmaqla, ümumilikdə, daşqınlardan ölənlərin sayı 53-a çatıb. Daşqın suları, eyni zamanda, paytaxt Pekində də təsirli olub.

Çinin mərkəzi televiziyası şəhərin müxtəlif bölgələrində baş vermiş torpaq, yol və ev uçqunlarının görüntülərini yayımlayib. Məlumata görə, daşqın suları Ducianyan şəhəri ilə Uençuan şəhərləri arasında yerləşən tuneldə yüzlərlə insanı çətin vəziyyətə salıb.

Xilasedicilər insanlarla əlaqə yarada bilmədiklərini məruzə ediblər. Bazar günündən indiyə kimi 360 min insanın qasırğa və daşqınlardan əziyyət çəkdiyi bildirilir. Daşqın sulari isə, 300-dən çox evi dağıdib. Ölkədə baş verən təbii fəlakətin fəsadları kifayət qədər böyük hesab edilir. Rəsmilər daşqınların iqtisadiyyata 150 milyon dollar ziyan vurduğunu bildiriblər.



AzNews.az