Nazir oğlunun adı kasıb tələbələr siyahısında - Qalmaqal

11 İyul 2013 14:35 (UTC+04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun oğlunun adı kasıb tələbələr siyahısına salınıb.

Ankaradakı TED (Türk Eyitim Dərnəyi) Kollecinin tələbələri arasında az gəlirli ailələrin övladları seçilərək adları təqaüd siyahısına salınıb. Siyahıda kollecin 12-ci sinfində oxuyan nazir oğlunun da adı var. Ancaq nazir oğlu təqaüddən imtina edib.

2013-2014-cü təhsil ilində təqaüd alacaq tələbələrin adları arasında nazir oğlunun da olması böyük qalmaqala səbəb olub.
Valideynlər kollec rəhbərliyini tələbələrə qarşı ayrı-seşkilikdə ittiham ediblər.

Elnarə
AzNews.az