“Respublikada nə qədər bambılı varsa, hamısı efirdədir”

11 İyul 2013 16:02 (UTC+04:00)
Kamran Həsənli: "Necə olur ki, belə bir xalqın efirində bu qədər mavi var?"

"Bu gün Azərbaycan telekanallarını mavilər zəbt edib. Məndən olsa, yəni televiziyanın işini mən qursam bir nəfər də olsa, efirə əzilib-büzülən kişi buraxmaram. Dünyagörüşü, intelekti, səviyyəsi yerində olmayan aparıcını efirə vermək düzgün deyil".

Bu sözləri AzNews.az açıqlamasında tanınmış teleaparıcı Kamran Həsənli deyib. Televiziya aparıcılarının 90 faizinin Azərbaycan dilində düzgün danışa bilməmələrindən şikayətlənən populyar aparıcı bu cür şəxslərin efirə çıxarılma səbəblərini anlamadığını bildirib: "Bizim aparıcılar elə bil küçədən yığılıb efirə gətirilib. Ya tapşırılırlar, ya da arxaları var. Mən bilmirəm bunlar efirə necə çıxır? Məsələ budur ki, günü-gündən efirdə əzilib-büzülənlərin sayı artır. Bambilizim baş verir. Respublikada nə qədər bambılı varsa, hamısı efirdədir. Əməli-başlı bambılı təşkilatı yaradırlar. Bu adamlar xəstədir. Çox qəribədir ki, bu qəbildən olan aparıcıların da proqramı özlərinə oxşayır".

K.Həsənlinin fikrincə, bu cür aparıcılar efirdə sadəcə yer tuturlar. Televiziya aparıcılarının səviyyəsinin qonşu Gürcüstanda belə tənqid edildiyindən danışan K.Həsənli müşahidə etdiyi bir olayı da nəql edib: "Gürcüstanın məşhur kanal rəhbərlərinin biri ilə görüşdə idik. Kanal rəhbəri dedi, "biz azərbaycanlıları igid, sözünü deyən kimi tanıyırıq. Amma necə olur ki, belə bir xalqın efirində bu qədər mavi var". Qaldıq belə, səsimiz çıxmadı. Çünki deyiləsi sözümüz yox idi. Axırda dedik ki, bəyəm Tifilisdə mavi yoxdur? O da dedi, "var, amma biz onu efirə buraxmarıq. Ona görə ki, efir bizim sifətimizdir. Elə bilərlər ki, gürcülər elədir. Maviləri biz kanalın qapısından içəri buraxmarıq".

Lalə
AzNews.az