Deputatdan qadın jurnalistlərə təhqir: “Sizin...”
11 İyul 2013 20:49 (UTC+04:00)
Türkiyə parlamentinin qalmaqalları ilə vaxtaşırı gündəmə gələn deputatı Zeyid Aslan bu dəfə qadən jurnalistləri hədəfə alıb.
Hakim partiyanın Tokatdan seçilən millət vəkili parlametnin kulisində qadın jurnalitlərin suallarını cavablandırmaq əvəzinə onlara seksual ifadələrin də işlədildiyi bir cavab verib.
Qalmaqal millət vəkilinin parlamentdə gecə saatlarnda dəhlizə qoyulan divanın üstündə yatdiği yerdə çəkilən şəklinin mətbuatda yayılması ilə başlayıb. Qadın jurnalistlərin bu barədə sualına cavab vermək əvəzinə millt vəkili "Sizi bura buraxmamaq lazimdir. Ötən il də eyni işi etmisiz. Gələn dəfə heç birinizi bura buraxmayacaqlar. Biz də insanıq, yoruluruq. Mən sizin ayaqlarınızın arasını çəkib çap etdirsəm və yazsam ki "Bunların təbii halı budur" necə olar? "deyə qışqırıb.
Bu təhqirlərdən sonra qadın jurnalistlər millət vəkili ilə bağlı tədbir görülməsi üçün hakim Ədalət və İnkişaf Partiyasına müraciət ediblər.
Xatirə
AzNews.az