Ermənilərin sayı iki dəfə azalacaq
11 İyul 2013 21:15 (UTC+04:00)
Birləşmiş Millətlər Təşkilatının əhali fondunun proqnozuna görə, 2100-cü ildə Ermənistanda 1,5-1,75 mln. adam yaşayacaq.
Bu barədə bu gün İrəvanda "Sosiometr" sosioloji araşdırmalar mərkəzinin rəhbəri Aqaron Adibekyan keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hazırda Ermənistanın daimi əhalisinin sayı 2,5-2,7 mln. təşkil edir.
Qeyd edək ki, 2011-ci ildə keçirilmiş siyahıya almaya görə, Ermənistan əhalisi 2 871 771 təşkil edib. Həmin göstərici ilə müqayisədə əhalinin sayı 130 823 azalıb. (anspress)
AzNews.az