Atəşkəs pozulub

12 İyul 2013 07:37 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az