Azərbaycanda minalardan 500 nəfər ölüb

12 İyul 2013 09:59 (UTC+04:00)
Azərbaycanda minalardan 500-ə yaxın insan dünyasını dəyişib. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov jurnalistlərə bildirib.

ANAMA-nın direktoru deyib ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın böyük hissəsi minalardan zərər çəkib: "Azərbaycanda 1992-ci ildən bəri 3000-ə yaxın insan minalardan zərər çəkib, onlardan 500-ə yaxın insan dünyasını dəyişib. Bu, çox ciddi problemdir."

Onun sözlərinə görə, minalardan zərəçəkənləri aktiv işə, psixoloji cəhətdən cəmiyyətə qaytarmaq üçün layihələrin həyata keçirilməsi çox vacibdir və bu istiqamətdə Azərbaycan hökuməti, eləcə də ANAMA tərəfindən müəyyən işlər görülür.

AzNews.az