9 futbolçu avtomobil qəzasında həlak oldu
12 İyul 2013 10:21 (UTC+04:00)
Cənubi Afrikada doqquz futbolçu avtomobil qəzasında həlak olub.
Cənubi Afrika Futbol Federasiyasının bildirdiyinə görə, qəza ölkənin Şərq Keyp vilayətində baş verib.
"Qazeta.Ru"- nun yazdığına görə, həvəskar futbolçular dörd müxtəlif klubda fəaliyyət göstərirdilər. Hadisə Ceymistaun şəhərində keçirilən futbol yarışından qayıdarkən baş verib.
Elman
AzNews.az