16 yaşlı qızı tövlədə ilan sancdı

12 İyul 2013 10:37 (UTC+04:00)
Mərkəzi Klinik Xəstəxanaya ilan sancma diaqnozu ilə daha bir xəstə gətirilib. Xəstəxananın şöbə müdiri Azər Maqsudovun AzNews.az-a verdiyi məlumata görə, Agcəbədidən gətilən 16 yaşlı qızı ilan tövlədə mal-qaraya qulluq etdiyi zaman sancıb: "Rayonda zəruru tədbirlər görüldükdən sona xəstə Bakıya gətilib. Hazırda onun vəziyyəti stabil ağır olaraq qalır".

Qeyd edək ki, 2 gün əvəvl Şəmkirdən ilan sancması diaqnozu ilə Bakıya gətirilən 6 yaşlı qızın vəziyyəti də ağır qiymətləndirir.

Elnarə
AzNews.az