Bərdədə yeni doğulan körpə Türkiyədə də məşhurlaşdı - VİDEO
12 İyul 2013 12:41 (UTC+04:00)
Bu günlərdə Bərdədə doğum evlərindən birində yaşanan izdiham Türkiyə mediasının da diqqətindən yayınmayıb.
"Qafqazinfo" xəbər verir ki, bir ailə dünyaya gələn yeddinci uşağı qarşılamaq üçün doğum evinə Azərbaycan bayrağı ilə bəzədilən yeddi maşınla gəliblər.
Qeyd edək ki, 7 ildir ailə quran Vüsal Qurbanov və Gülnar Qurbanova artıq 3 oğlan 4 qız övladı sahibidirlər.
AzNews.az