Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə təlimlər keçirir

12 İyul 2013 13:13 (UTC+04:00)
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb.

Bu barədə APA Türkiyə Silahlı qüvvələri Baş Qərargahına istinadən məlumat verib.

Bu gün start götürən təlimlər iyulun 28-dək davam edəcək. Təlimlər Bakı və Naxçıvanda icra olunacaq.

"Təlimin məqsədi Türkiyə və Azərbaycan Quru Qoşunları bölmələri arasında dostluq, əməkdaşlıq və birgə fəaliyyəti inkişaf etdirmək, qarşılıqlı məlumat və təcrübəni paylaşmaqdır", - deyə Baş Qərargahın məlumatında bildirilib.

Təlimin Bakıda icra ediləcək hissəsinə Türkiyədən bir piyada bölüyü, Naxçıvanda keçiriləcək hissəsinə isə bir motoatıcı taqım qatılacaq.