Azərbaycanlı iş adamının adı xeyriyyəçilər - Siyahısında

12 İyul 2013 13:37 (UTC+04:00)
Rusiyanın "Forbes" jurnalı ölkənin xeyriyyəçi milyarderlərinin siyahısını müəyyənləşdirib.

"Qafqazinfo" xəbər verir ki, jurnal sorğu üçün 50 iş adamına müraciət etsə də, onlardan yalnız səkkizi xeyriyyə işlərinə xərclədikləri vəsaitin miqdarını açıqlayıb. Sorğuda liderliyi "Metalloinvesta"nın sahibi Alişer Usmanov edib. Ötən il milyarder xeyriyyə məqsədilə 180 milyon dollar xərcləyib.

İkinci yerdə "Millhouse Capital" və "Çelsi"nin sahibi Roman Abramoviç 111 milyon dollarlıq xeyriyyə xərcləri ilə dayanıb.

Yeddinci pillədə isə azərbaycanlı iş adamı "Lukoyl" un prezidenti Vahid Ələkbərovdur. Onun ötən il xeyriyyə tədbirlərinə xərclədikləri vəsait 6,3 milyon dollar təşkil edib.

Onun şəxsən iştirak etdiyi "Bizim gələcək" fondu səhiyyə, ekologiya, əlliliyi olan insanların işlə təmin edilməsi, kənd təsərrüfatı kimi sahələrə vəsait ayırıb.

AzNews.az