Vahid Əziz xanım aparıcıları tənqid etdi

12 İyul 2013 13:41 (UTC+04:00)
Sevilən şair Vahid Əziz telekanallarda fəaliyyət göstərən bəzi aparıcılar barədə tənqidi fikirlər səsləndirib:

"Hansı yolla hara gəldiyi bilinməyən adamlar dilimizi məhv edir. Telekanal rəhbəri buna nəzarət etməlidir də. Kimsə kiminsə sevgilisidirsə, aparıb evində soyundurub, tamaşa eləsin. Daha bunu efirə çıxardıb camaatın tərbiyəsini pozmasın. Bir də görürsən bir qarış yubka geyinib, oturanda da orasını-burasını dartışdırır. Guya utanır. Dartma e, dartacaqsan, birdəfəlik əynindən çıxıb düşəcək yerə, biabır olacaqsan". /publika.az/

AzNews.az