İraqda qanlı olay

12 İyul 2013 14:39 (UTC+04:00)
İraqın müxtəlif şəhərlərində eyni vaxtda bir necə partlayış törədilib.

Partlayış zamanı ümumilikdə 29 nəfər ölüb, 69 nəfər yaralanıb. İraqın paytaxtı Bağdada avtomobilə qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində 5 polis ölüb, 13 nəfər yaralanıb.

Bundan başqa İraqın Kərkük şəhərində beş ayrı nöqtədə eyni vaxtda partlayış baş verib. Hadisə zamanı 1-i zabit olmaqla, 4 əsgər ölüb, 20 nəfər yaralanıb.

Eyni zamanda, İraqın Mikdadiye qəsəbəsində yük avtomobilinə qoyulmuş partlayıcının işə düşməsi nəticəsində 20 nəfər ölüb, 36 nəfər yaralanıb.

İraq polisi baş verən hadisə ilə bağlı açıqlama verərək bildirib ki, partlayış zamanı xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. (anspress)

AzNews.az