ABŞ-da 30 yaşlı kişini bıçaqlayan erməni həbs edildi

12 İyul 2013 15:43 (UTC+04:00)
Kaliforniyanın Sanlend şəhərinin 30 yaşlı sakini erməni əsilli ABŞ vətəndaşı tərəfindən bıçaqlanaraq, ağır bədən xəsarəti ilə tibbi mərkəzi xəstəxanaya yerləşdirilib.

"Glendale News-Press"-in yazdığına görə, hadisəyə səbəb bıçaqlanan şəxsin erməni ilə qız dostunun mübahisəsinə müdaxilə etməsi olub.
Yerli polisin açıqlamasına görə, hadisəni törədən şəxs həbs edilib. O, Qlendeyl sakini Rafiq Taxmasyandır.

Taxmasyannın girov müqabilində sərbəst buraxılması üçün 80 min dollar tələb edilir.


Elman
AzNews.az