Kamil Vəli Nərimanoğlu ölkəyə dönür

12 İyul 2013 16:20 (UTC+04:00)
Uzun müddətdir Türkiyədə yaşayan tanınmış alim Kamil Vəli Nərimanoğlu yaxın günlərdə Azərbaycana dönəcək.


Bu barədə AzNews.az-a Milli Şuranın üzvü Köçəri Nağıbəyli məlumat verib.

Qeyd edək ki, K.V.Nərimanoğlu Milli Şuranın 3-cü sessiyasında qurumun Humanitar Komissiyasının rəhbəri təyin edilib.

K.Nağıbəylinin sözlərinə görə, AXCP sədri Əli Kərimli Milli Şuranın sonuncu sessiyasında şura üzvlərinə bu barədə məlumat verib və bildirib ki, K.V.Nərimanoğlu yaxın günlərdə ölkəyə qayıdıb, rəhbər təyin edildiyi komissiyanın fəaliyyətini istiqamətləndirəcək.

Elnur
AzNews