16 yaşlı oğlan damarını kəsdi - Ucarda
12 İyul 2013 19:10 (UTC+04:00)
Ucar sakini intihara cəhd edib. APA–nın yerli bürosunun məlumatına görə, hadisə bu gün 18:00 radələrində rayonun Qazyan kəndində qeydə alınıb.
Kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədov Abas Ağasəf oğlu hər iki qolunun damarlarını kəsərək, intihara cəhd edib. O, yaralı təcili yardım maşını ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA-ya verilən məlumata görə, A. Əhmədov xəstəxanaya şok vəziyyətində daxil olub. Hazırda ona yardım göstərilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Araşdırma aparılır.
AzNews.az