Emin Ağalarov İnstaqramın ən çox izlənilən üzvüdür - SİYAHI
12 İyul 2013 20:57 (UTC+04:00)
Son vaxtlar şou-biznes nümayəndələrinin ən çox istifadə etdiyi sosial şəbəkə İnstaqramdır.
Məşhurlar gün ərzində getdikləri məkanlardan ən son şəkillərini burada sevənləriylə bölüşür.
Axşam.az saytı İnstaqramda araşdırma apararaq ən çox izlənilən tanınmış simaları müəyyənləşdirib.
Müğənni-bəstəkar Emin – İnstaqramın ən çox izlənilən üzvüdür. Eminə iki profil məxsusdur: birində 30 min, digərində isə 6563 izləyicisi var.
Fərid Məmmədov - Sosial şəbəkədə heç də fəal olmayan "Eurovision 2013" təmsilçimizin 30 min izləyicisi var. Fərid sonuncu dəfə 7 həftə əvvəl şəkil paylaşıb.
Xalq artisti Aygün Kazımova – İzləyicilərinin sayına görə İnstaqramda üçüncü pillədədir. Müğənnini 10 min pərəstişkarı izləyir. O, ən yeni xəbərləri, fotoları sevənlərinə bu sosial şəbəkə vasitəsilə çatdırır.
İlkin Həsəni - Aparıcılar arasında ən fəal üzvdür. Onun 9368 izləyicisi var.
Müğənni Safurə Əliyeva – 7054 izləyicisi olan Safurə son günlər izləyiciləriylə daha sıx təmasda olmağa başlayıb.
Azəri qızı Günel - Müğənni 6170 izləyiciyə sahibdir.
Sevda Yahyayeva - Müğənnini 5382 insan izləyir.
Hazırda Türkiyədə yaşayan müğənni İradə İbrahimovanın 5290 izləyicisi var. O, daha çox qızının fotolarını paylaşır.
Prodüserlər arasında isə ən fəal istifadəçi Tolikdir. Onun 4373 izləyicisi var. Tolik demək olar ki, hər gün yeni fotolar paylaşır.
Zamiq – Müğənni 4052 izləyiciyə sahibdir.
Əməkdar artist Abbas Bağırov - 3761 izləyicisi var. Son günlər nədənsə İnstaqramdan az istifadə edir.
Müğənni Eldar Qasımov – Eldar da sosial şəbəkənin passiv üzvlərindəndir. O, sonuncu dəfə 4 həftə əvvəl yeni şəkil paylaşıb. Müğənnini 3716 nəfər izləyir.
Elçin Cəfərov – 3044 nəfər hər gün müğənnidən yeni fotolar gözləyir.
İnstaqrama yenicə üzv olan müğənni Nigar Camalı 2016 pərəstişkarı izləyir.
Müğənni Roza Zərgərli – 1625 izləyicisi var. İnstaqramın ən fəal üzvlərindəndir.
İnstaqramdan demək olar ki, istifadə etməyən müğənni Xəyyam Nisanovun 1395 izləyicisi var. O, sonuncu dəfə 12 həftə əvvəl şəkil paylaşıb.
ATV-nin aparıcısı Afaq Gəncəlinin 363 izləyicisi var.
Əməkdar artist Sevda Ələkbərzadə - sosial şəbəkəyə yeni qoşulan sənətçinin 258 izləyicisi var.
Yenicə İnstaqrama üzv olan reper Qurdun 173 izləyicisi var.
İnstaqramda ən az üzvü olan müğənni Kərim Abbasovdur. Cəmi 70 insan onun şəkillərinə maraqlıdır.
Rəqqasə Fatimə 1584, meyxanaçı Namiq Qaraçuxurlu 1147, müğənni Emil Bədəlov 1052, Aysel Əlizadə 744, Elvin Abdullayev 604, İlahə İbadova 443, Çingiz Mustafayev 395, Niyam Səlami 292, Faytonçu Nazim 233, model Natella Kərimova 173, Səbinə Allahverdiyeva 247 izləyiciyə sahibdir.
AzNews.az