Gəncəli avtoxuliqana həbs cəzası verildi

12 İyul 2013 20:55 (UTC+04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhər sakini 23 yaşlı Elvin İdrisov dostuna məxsus "VAZ 2107" markalı "90 KF 343" nömrəli avtomobillə müxtəlif ərazilərdə avtoxuliqanlıq etməkdə təqsirləndirilir.

Dırnaqarası sürücünün özünəməxsus hərəkətlərinə bu gün səhər saatlarında son qoyulub.

Saxlanılan İdrisov avtomobillə birlikdə Gəncə şəhər DYP şöbəsinə aparılıb. Ona məhkəmənin qərarı ilə 15 sutka həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Azərbaycan Texnologiya Universtetinin 3-cü kurs tələbəsi olan Elvin İdrisovun sükan arxasında əyləşmək hüququ yoxdur.

Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsindən bildirilib ki, son günlər avtomobilə əlavə avadanlıq quraşdıran sürücülərə qarşı da barışmaz mübarizə aparılır. Keçirilən reydlər nəticəsində səsgücləndirici siqnallardan yararlanan sürücülərin çoxluğu diqqət çəkib.

Qeyd edək ki, son 3 ay ərzində avtoxuliqanlıq etdiyi üçün 15 sürücüyə sutkalıq həbs cəzası verilib.

AzNews.az