17 yaşlı qız intihar etdi - Qəbələdə

13 İyul 2013 08:08 (UTC+04:00)
Qəbələ rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dünən qeydə alınıb.

Rayon sakini, 17 yaşlı Gülnar Abdullayeva yaşadığı evin həyətindəki tikilidə özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az