Məşhur aktyor 93 yaşında vəfat etdi

13 İyul 2013 08:28 (UTC+04:00)
Hindistan kinematoqrafiyasının veteranlarından daha çox Pran kimi tanınan Pran Krişan Sikand 93 yaşında Mumbayda vəfat edib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Pran Bollivudun tanınmış aktyorlarından olub. 70 illik karyerasında o, yüzlərlə kinofilmə çəkilib. Həm mənfi, həm də müsbət rolları oynayıb.

1960 - 80-ci illərdə Pran demək olar ki, Bollivudun bütün iri həcmli filmlərində baş rol alıb.

Karyerasıboyu çoxsaylı mükafatlara layiq görülüb. Kino sahəsində fəaliyyətinə görə Hindistanın dövlət mükafatını da alıb.

AzNews.az