Rəsmi Ankaradan Yerevana sərt mesaj

13 İyul 2013 08:35 (UTC+04:00)
Türkiyəyə məxsus ərazilərə Ermənistanın iddiaları rəsmi Yerevanında üzv olduğu BMT və ATƏT kimi beynəlxalq təşkilatların prinsiplərinə ziddir.

Trend-in məlumatlına görə, bu barədə şənbə günü Türkiyə XİN-in rəsmi saytında yerləşdirilən məlumatında bildirilir.

Türkiyə XİN-in məlumatında bildirilir ki, Ermənistan hökumətində bu səviyyədə vəzifə daşıyan rəsmi şəxslərin belə bəyanatları sadəcə qeyri-ciddilikdir.

Məlumatda bildirilir: "Hamı aydın şəkildə anlamalıdır ki, heç kəs Türkiyədən torpaq tələb edə bilməz".

Qeyd edək ki, iyul ayının 5-də Yerevanda keçirilən dünya erməniləri hüquqşünaslarının forumunda Ermənistanın Baş prokuroru Aqvan Ovsepyan bəyan edib ki, Ermənistan Türkiyədə olan itirilmiş ərazilərini geri qaytarmalıdır.

AzNews.az