Tutuquşunun ölümünə dözməyib damarlarını doğradı
13 İyul 2013 08:44 (UTC+04:00)
Qazaxıstanın Ust-Kamenoqorsk şəhərinin sakini evində saxladığı tutuquşunun ölümünə dözə bilməyərək intihara cəhd edib.
O, damarlarını doğrayaraq özünü öldürməyə çalışıb.
Qazaxıstan mətbuatının məlumatına görə, 41 yaşlı kişinin həyatını xilas etmək mümkün olub.
Polisin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilir ki, tutuquşudan sonra yaşamaq istəməyərək damarlarını doğrayan şəxs sərxoş olub.
Elnarə
AzNews.az