Devrilmiş Mursi «casusluqda» ittiham olunur

13 İyul 2013 19:09 (UTC+04:00)
Devrilmiş Misir prezidenti Məhəmməd Mursi və "Müsəlman qardaşları" hərəkatının rəhbərliyi ilə bağlı ölkənin Baş Prokurorluğuna şikayət daxil olub.

Lent.az-ın məlumatına görə, onlar "casusluqda, nümayişçilərin qətlinə təhrikdə və ölkə iqtisadiyyatına ziyan vurmaqda" ittiham edilirlər.

Məhəmməd Mursi ilə yanaşı, "Müsəlman qardaşları" hərəkatının lideri Məhəmməd Badia, eləcə də Azadlıq və Ədalət Partiyası rəhbərinin müavini Əssam əl –Əriana qarşı da iddia qaldırılıb.

Prokurorluq bildirib ki, müttəhimlərin dindirilməsinə hazırlıq üçün şikayətə baxılır.

Şikayəti edən hələ bəlli deyil.

AzNews.az