TQDK-dan abituriyentlərə kömək məqsədilə yenilik

13 İyul 2013 19:27 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə kömək məqsədilə daha bir yeniliyə imza atıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə komissiyanın internet saytı xüsusi xəritə-göstəricilərlə təchiz olunub. Bundan əlavə, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib. Hər bir abituriyent həmin səhifəyə daxil olaraq imtahan verəcəyi binanı seçməklə onun harada yerləşdiyini müəyyənləşdirə bilər.

AzNews.az