İraqda partlayışlar nəticəsində ölənlərin sayı 31-ə çatıb
14 İyul 2013 08:28 (UTC+04:00)
Bağdadda ötən gün iki məscidin qarşısında törədilmiş partlayış nəticəsində ən azı 20 nəfər ölüb.
Bundan başqa, iyulun 13-də daha 11 nəfər ölkənin müxtəlif şəhərlərində terror aktlarının qurbanı olub.
İraqın qərbində polislə Suriya sərhədini keçmiş silahlı dəstə arasında toqquşma olub. Atışmada nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb.
Qeyd edək ki, İraqda cari ilin yanvar-iyun ayları ərzində 2500-dən çox insan terror aktlarının qurbanı olub.
İyulun əvvəlindən bu günədək isə partlayışlar daha 250 nəfərin həyatına son qoyub.//apa//
AzNews.az