DİN prezident seçkiləri ilə bağlı müşavirə keçirdi

14 İyul 2013 13:00 (UTC+04:00)
Daxili İşlər Nazirliyi Mərkəzi Seçki Komissiyası ilə birgə prezident seçkiləri ilə bağlı Gəncədə müşavirə keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, seçki müşavirəsində qərb bölgəsini əhatə edən dairə seçki komissiyaları sədrləri, eləcə də polis əməkdaşları iştirak ediblər. Müşavirədə çıxış edən Daxili İşlər Nazirliyinin profilaktika üzrə idarənin rəisi, polis polkovniki Əziz Baqışev və Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov çıxış edərək qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı müvafiq qanunvericilik aktlarına əməl olunmasından, istər seçkiqabağı, istər seçki zamanı və istərsə də seçkidən sonrakı dövrdə ictimai asayişin qorunması üçün qarşıda duran vəzifələrdən danışıb, ölkə başçısının imzaladığı "Milli fəaliyyət proqramı"nın icrası istiqamətində görülmüş və görülməsi vacib olan məsələlərlə bağlı xüsusi tapşırıqlar verib.

Müşavirədə DİN və KSK rəsmiləri tədbir iştirakçılarının suallarını cavablandırıb.

AzNews.az