Şahzadə körpəsinin dünyaya gəlişini izləyəcək
14 İyul 2013 15:31 (UTC+04:00)
Helikopter pilotu olan Britaniya şahzadəsi Uliyam məzuniyyətə gedib.
Şahzadənın məhz indi məzuniyyətə getməsinin səbəbi xanımı Keytin yaxın günlərdə dünyaya uşaq gətirəcəyidir. Şahzadə xanımının doğuş prosesində şəxsən iştirak edəcək.
"Daily Record"un məlumatına görə, artıq körpənin dünyaya gələcəyi Müqəddəs Mariya Xəstəxanasının qarşısına yüzlərlə jurnaist toplaşıb.
Dünaya gələcək körpə qız və ya oğlan olmasından asılı olmayaraq Britaniyanın vərəsəlik kürsüsündə Çarlz və Ulyamdan sonra üçüncü yerdə dayanacaq.
Elnarə
AzNews.az