Erməni Rusiyanı matəmə bürüdü - FOTO
14 İyul 2013 21:58 (UTC+04:00)
İyulun 13-də Yeni Moskvada 18 nəfərin ölümü, 60 nəfərin yaralanması ilə nəticələnən yol qəzasına görə, sabah bütün Moskvada matəm elan olunub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi Moskva qərar qəbul edib.
Xatırladaq ki, şənbə günü Rusiyada ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Yeni Moskvada baş verən qəzada sərnişin avtobusu ilə "KAMAZ" markalı yük maşını toqquşub. Toqquşmanın təsirindən avtobus iki yerə parçalanıb. Avtobusda olan 60 sərnişinin hamısı xəsarət alıb. Onlardan 18 nəfəri yerindəcə keçinib. 25 nəfər vəziyyəti ağır olduğundan xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilib. Qəza zamanı yük maşınında olan çınqıl sərnişinlərin üzərinə dağıldığından onları avtobusdan çıxarmaq çətin olub.
İnterfaksın məlumatına görə, yük maşınını sürücüsü yol hərəkəti qadyalarını pozduğuna görə bir ildə 6 dəfə inzibati məsuliyətə cəlb edilmiş 46 yaşlı Ermənistan vətəndaşı olub. Təhlükəsizlik kameralarına baxış zamanı məlum olub ki, zərbə yük maşınının sürücünü kabinadan atıb. Hazırda ounun xəstəxanada olduğu bildirilir. İlkin məlumatlara görə, günahkar erməni olub. Şahidlərin dediyinə görə, yük maşını sürətlə hərəkət edirmiş və qəfildən idarə etməni itirərək avtobusa çırpılıb.
AzNews.az