Milli Məclisin binasında yanğın təhlükəsi

15 İyul 2013 07:04 (UTC+04:00)
Dünən axşam Milli Məclisin (MM) binasında yanğın təhlükəsi yaranıb. APA-nın verdiyi məlumata görə, hadisə MM-in həyətindəki yardımçı tikilidə qeydə alınıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Əraziyə heç kim buraxılmayıb, çəkilişə icazə verilməyib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətindən APA-ya bildirilib ki, MM-in yardımçı tikilisində qısaqapanma olub. Hər hansı təhlükə yaranmaması üçün əraziyə yanğınsöndürənlər cəlb olunub.

Qısaqapanma yanğına çevrilmədən qarşısı alınıb.

AzNews.az