Baş nazirlə maşında 5 dəqiqə...
15 İyul 2013 07:41 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iftara qatıldıqdan sonra xidməti maşınına minərək ərazidən uzaqlaşsa da, çox keçmədən maşının dayanacaqda dayanması hər kəsin diqqətini cəlb edib.
Mühafişəçilər dayanacaqda dayanan qadını baş nazirin xidməti maşınına dəvət ediblər. Ancaq mətbuatın gürüntü ala bilməməsi üçün maşının ərtafına canlı divar çəkilib.
Ərdoğan maşında qadınla 5 dəqiqə söhbət edib. Ancaq onların nə barədə danışdığı xəbər verilmir. Ərdoğan ərazidən uzaqlaşdıqdan sonra getmək istəyən qadının saçları mühafizəçilərdən birinin pencəyinin düyməsinə ilişib.
Çətinliklə də olsa mühafizəçinin pencəyinin düyməsinə dolaşan saçları açıldıqdan sonra qadın mühafizə polisi ilə də 10 dəqiqə söhbət edib.
Qadın adını və baş nazirlə nə barədə danışdığını açıqlamayıb.
Elnarə
AzNews.az