11 yaşlı uşaq hamilə anasını öldürdü
15 İyul 2013 07:53 (UTC+04:00)
13 yaşlı Cordan Brauna adlı uşaq əvvəl azadlığa buraxılma şansı verilmədən ömürlük həbs cəzası verilib. AzNews.az-ın publika.az-a istinadən verdiyi xəbərə əsasən, o, 11 yaşı olanda 8 aylıq hamilə olan ögey anası 26 yaşlı Kenzi Houku güllələyərək öldürüb.
Nəticədə körpəni də xilas etmək mümkün olmayıb. Bu cinayət işinin məhkəmə prosesi 2 il davam edib. Cordan soyuqqanlı şəkildə işlədiyi cinayətin bütün detallarını danışıb. Uşağı Pensilvaniya ştatının qanunlarına görə məhkum ediblər. Belə ki, bu ştatda 10 yaşından artıq şəxs cinayətkar hesab edilir.
AzNews.az