İranlı ayətullaha cavab: “Su içmək orucu pozar“
15 İyul 2013 10:36 (UTC+04:00)
İranlı ayətullah Bəyat Zəncaninin fətvasına cavab gəlib. Milli.Az AHT-yə istinadən bildirir ki, ayətullah B.Zəncani demişdi: "Oruc tutan, amma susuzluğa davam gətirə bilməyən insanlar yanğıdan qurtulmağa bəs edəcək qədər su içə bilərlər. Belə vəziyyətdə oruc pozulmur və qəza orucuna da ehtiyac yoxdur".
Türkiyənin ən məşhur illahiyyatçılarından biri, professor Nihat Hatipoğlu İstanbuldakı Sultanahmet məscidindən yayımlanan proqramında ayətullanın açıqlamasını belə cavablayıb: "Gülməli sözlərdir. İranlı ayətullanın dedikləri cahil fətvasıdır. Qurani-Kərimin "Bəqərə" surəsinin 187-ci ayəsində bu barədə açıq yazılıb. Su içmək orucu pozar".
AzNews.az