Şəfiqə Axundovanın səhhəti yaxşılaşır

15 İyul 2013 11:30 (UTC+04:00)
Tanınmış bəstəkar, xalq artisti Şəfiqə Axundovanın səhhəti yaxşılaşıb.

Bunu AzNews.az-a xalq artistinin bacısı Rəfiqə Axundova bildirib.

Onun sözlərinə görə, Ş.Axundova xəstəxanada bir müddət qalmalı olacaq: "Hələ Şəfiqənin işi uzundur. Müalicə olunur. Allah həkimlərə kömək olsun, yaxşı baxırlar".

R.Axundova bacısının səhhəti ilə maraqlananlara da təşəkkürünü bildirib: "Mən inanmazdım ki, bacımın bu qədər sevənləri var. Bütün mediaya təşəkür edirəm. Sağ olun ki, onu unutmursunuz".

Bahar Rüstəmli
AzNews.az