DİN-dən polis əməkdaşının intiharı ilə bağlı açıqlama

15 İyul 2013 11:56 (UTC+04:00)
Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının özünü güllələməsi faktı ilə bağlı rəsmi məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 13-də Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsinin ərazisindəki qəbiristanlıqda Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Əli Novruzov xidmət zamanı tabel silahından atəş açaraq özünü öldürüb.

Hadisə yerindən 1 ədəd xidməti "Makarov" markalı tapança, 2 ədəd daraq, 15 ədəd patron və 1 ədəd giliz götürülüb.
Faktla bağlı araşdırma aparılır.

AzNews.az