Şəhərin mərkəzində gənc oğlanın başına daş düşdü - FOTO + VİDEO

15 İyul 2013 14:28 (UTC+04:00)
1 saylı Şəhər Xəstəxanasından Milli.Az-a bildirilib ki, başına daş düşən şəxs 21 yaşlı Rövşən Hüseynovdur. Yaralı dərhal əməliyyata götürülüb. Yaralı başından ciddi xəsarət alıb, vəziyyət ağırdır.

***
15:24
Səbail rayonunda faciəli hadisə baş verib. Milli.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, Lermontov küçəsində, Dövlət İdarəçilik Akademiyasının qarşısında yerləşən doqquzmərtəbəli binadan böyük daş parçası qoparaq aşağıdan keçən oğlanın başına düşüb.

Zərbədən oğlanın başı partlayıb və qanı yerə dağılıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının əməkdaşları yaralını dərhal xəstəxanaya aparıblar.



AzNews.az