Ağsu aşırımında monitorinq

15 İyul 2013 13:47 (UTC+04:00)
Sürüşmə zonalarında kabellərin mühafizəsi məqsədi ilə əlavə tədbirlər görülür.

Ağsu aşırımında sürüşmə zonalarında növbəti monitorinqlər keçirilib.

"Aztelekom" İB-dən verilən məlumata görə, birliyin mütəxəssislərindən ibarət briqada bölgədə hava və yeraltı optik kabellərə mövcud dəyişikliyi növbəti yoxlamadan keçiriblər.

"TAE (Trans Asia Evropa)" fiber-optik kabel xəttinin Bakı-Qazax seqmentinin Ağsu aşırımında baş verən sürüşmə zonasından keçən hissəsində yönəldiyindən burada qabaqlayıcı tədbirlər daha böyük ərazini əhatə edib.

KMTQ-nin əməkdaşları tərəfindən ərazidə kabellərin mühafizə zonasında əlavə tədbirlər görülür.

Aznews.az