Məşhur məşqçi Bakıya futbol məktəbinin açılışına gəlir
15 İyul 2013 14:16 (UTC+04:00)
"Azərbaycan-türk futbol məktəbinin açılışında iştirak edəcəm"
Azərbaycanda futbol məktəbinin açılması barədə qərar Türkiyənin məşhur texnik direktorlarından biri, super liqada 22 komanda ilə işləməklə rekorda imza atan Yılmaz Vuralın diqqətini cəlb edib.
Y.Vural Azərbaycan-türk futbol məktəbinin direktoru və özünün də xarici ölkələrdəki meneceri olan Yusuf Uncularla əlaqə yaradaraq futbol məktəbinin gələcəyinə böyük ümid bəslədiyini bildirib.
Y.Vural yeni açılacaq futbol məktəbinin Azərbaycan futbolunun inkişafında böyük rol oynayacağını bildirərək, açılış mərasimində iştirak edəcəyini söyləyib.
Y.Vural məktəbdə yetişən futbolçuların Türkiyə klublarına transfer olunmaları üçün əlindən gələni edəcəyini də bildirərək, məktəbin idarə edilməsində fəxri olaraq təmsil olunacağını vurğulayıb.
Köln Futbol Akademiyasının məzunu olan Yılmaz Vural Azərbaycandakı futbol komandalarından təklif alacağı təqdirdə Yusuf Uncularla bərabər bu təklifi dəyərləndirəcəklərini deyib.
Qeyd edək ki, Futbol meydançası, Bakı şəhəri, Nərimanov rayonunu, Qafur Murad küçəsi (DİN Hospitalının arxası), 207 sayli orta məktəbin yanında yerləşir. Əlaqə nömrələri 050 556 5608, 0507217668
Azər
AzNews.az