“Habbl“ Neptunun yeni peykini aşkar etdi
16 İyul 2013 07:14 (UTC+04:00)
"Habbl" orbital teleskopu Neptun planetinin ətrafında dövran edən yeni peyk aşkar edib.Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NASA-nın rəsmi saytı bildirib.
NASA mütəxəssislərinin məlumatına görə, S/ 2004 N 1 peykinin diametri təxminən 19 kilometr təşkil edir, beləliklə bu Neptunun ən kiçik peykidir.
Peykin xırda ölçülərinə görə, astronomlar uzun müddət onu aşkar edə bilməyiblər, hətta 1989-cu ildə Neptunun yaxınlığından keçən Voyadjer-2 kosmik aparatı onu planetin sistemində tapa bilməyib.
AzNews.az