Bir nəfər kanalda batdı

16 İyul 2013 07:18 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu, Səmədabad kəndində suvarma kanalında (nəzarət olunmayan ərazidə) 1 nəfər batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanb. Əlavə məlumat veriləcək.

AzNews.az