Fırça ilə şəkil çəkə bilən robot yaradıldı - VİDEO
16 İyul 2013 17:45 (UTC+04:00)
Konstanz Universitetində işləyən alman mütəxəssislərdən ibarət qrupun hazırladığı "e-David" adlı robot digərlərindən fərqli olaraq şəkil çəkə bilir.
Robot şəkil çəkmək üçün boya sıçradan və ona oxşar alətlərdən istifadə etmir. "e-David" robotu şəkli fırçanın köməkliyi ilə yaradır.
"ICTnews.az" elektron xəbər xidməti "http://www.zhelezyaka.com" saytına istinadən bildirir ki, digər qurğulardan fərqli olaraq, sözügedən robot onun yaddaşına verilmiş şəklin surətini yaratmır. O, gördüyünü çəkir.
Robot beş müxtəlif fırça növündən istifadə edir. Ona 24 rəngdə boya əlçatandır.
AzNews.az