Əhməd Davudoğlu Bakıya gəlir
16 İyul 2013 10:37 (UTC+04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün Azərbaycana səfərə gəlir.
APA-nın diplomatik mənbələrdən aldığı məlumata görə, Əhməd Davudoğlunun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılır. XİN başçısı Bakıda digər rəsmi şəxslərlə də görüşlər keçirəcək. Səfər sabah başa çatacaq.
AzNews.az