Putin dənizin dibində - FOTO
16 İyul 2013 10:47 (UTC+04:00)
Putin Çar İkinci Aleksandra aid gəmini araşdırmaq üçün Baltik dənizinin dərinliklərinə enib
Rusiya prezidenti Vladimir Putin dünyanın ilk mini dəniz altı Limuzini ilə Çar İkinci Aleksandra aid gəmini araşdırmaq üçün Baltik dənizinin dibinə baş vurub.
Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Putin 1869-cu ildə batan gəmini araşdırmaq üçün beş nəfərin rahatlıqla yerləşdiyi dənizaltı limuzin kimi tanınan "C-Explorer-5" ilə dənizin 60 metr dərinliyinə enib.
12 dəqiqədə gəminin qalıqlarına çatan Putin daha sonar arxeoloqların araşdırmaları ilə də tanış olub. Oleq adlı gəminin daxili qisimlərinin və silahların zərər görmədiyi bildirilib.
Xatırladaq ki, Putin daha öncə də bir neçə dəfə dalış edib. O, 2011-ci ildə avqust ayında Azov dənizində dalış edib və bölgədən tarixi əsər hissələri çıxarıb. Rusiya prezidenti 2009-cu ildə də "Mir-1" adlı mini dənizaltı ilə Baykal gölünün dibinə qədər enib.
AzNews.az