Rusiyanı matəmə bürüyən erməni məhkəmə zalına qadın paltarında gəldi - VİDEO

16 İyul 2013 11:10 (UTC+04:00)
Məhkəmənin qərarı ilə 18 nəfərin ölümünə səbəb olan 46 yaşlı Qraçyi Arutunyan həbs olunub.


Moskvanın Tver rayon Məhkəməsi "KamAZ" markalı avtomobillə sərnişin avtobusunu vuraraq 18 nəfərin ölümünə səbəb olan Qraçyi Arutunyanın həbs olunması ilə bağlı qərar çıxarıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Arutunyan iki ay müddətinə azadlıqdan məhrum edilib.

Arutunyan məhkəmə zalına gələrkən qadın xalatında olub.

Qeyd edək ki, vəkili Arutunyanın öhdəsində köməyə ehtiyacı olan atasının olmasını əsas gətirərək həbs olunmamasını xahiş edib.

İyulun 13-də Arutunyan qəzanı törətdikdən sonra xəstəxanaya aparılıb. O vaxt o, öz adını da deyə bilmirdi. Bu səbəbdən onun 48 saat müddətində saxlanılması qərarını verib. Həkimlər isə qeyd edirlər ki, Arutunyanın aldığı xəsarətlər elə də ciddi deyil. Bu səbəbdən ehtimal olunur ki, o, istintaqdan yayınmaq üçün pis vəziyyətdə olduğunu göstərmək istəyir.



AzNews.az