Rusiyalı jurnalistə 5 illik qadağa

16 İyul 2013 18:10 (UTC+04:00)
Ukrayna hakimiyyəti rusiyalı foto-reportyor Yuri Barabaşa 2018-ci ilədək ölkə ərazisinə daxil olmağı yasaqlayıb.

Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə,onu Ukrayna sərhədində sərhədçilər qatardan düşürüblər.

Ukraynanın təhlükəsizlik xidməti xəbəri şərhdən imtina edib.

Jurnalistlərin qənaətincə, Barbaş bu ölkədə keçirilən etiraz aksiyalarının fotosunu çəkdiyi üçün belə cəzalandırılıb.

"Uakryanskaya pravda"-nın yazdığına əsasən, Y.Barbaş Ukraynanın "Tempora" nəşriyyatında işləyib.


AzNews.az