Çində 500 illik qəribə adət - FOTO

16 İyul 2013 18:50 (UTC+04:00)
Çində yaşayan donq xalqının adətlərindən biri də "Asılmış öküz" bayramı adlanır.


Milli.Az Mail Online-a istinadən bildirir ki, 500 illik tarixi olan bu bayram zamanı donqlar kənddəki ən yaxşı, ən ağır və ən güclü öküzü ağacın yanına aparır, bəzəyir, sonra da boynuna və qabaq ayaqlarına kəndir bağlayıb asırlar.

Arxa ayaqları yerdə olan öküz kəndirlə qaldırılandan sonra belə vəziyyətdə ölənədək saxlanılır.

Bundan sonra donqlar "Öküz asıldı!" qışqıraraq bayram şənliyinə başlayırlar.

Çinin cənubunda yaşayan donqların fikrincə, ağacdan asılan öküz onlara uğur və bol məhsul gətirir.

Quansi vilayətindəki Vaoçjan kəndindəki "Asılmış öküz" bayramında bu dəfə yüzlərlə turist də iştirak edib.


AzNews.az