Ət məhsullarının yoxlanılmasına başlanıldı

16 İyul 2013 19:15 (UTC+04:00)
Ət məhsullarının yoxlanılmasına başlanılıb.

Bu məlumatı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma şöbəsinin rəhbəri İmran Abdullayev verib. İ. Abdullayevin sözlərinə görə, ət və ət məhsullarının təhlükəsizlik göstəriciləri yoxlanılacaq: "Ət və ət məhsullarının tərkibi toksiki, pesitit qalıqları müayinə ediləcək. Mikrobioloji göstəriciləri müayinə ediləcək".

İ. Abdullayev hazırda satış və istehsal müəssisələrindən 10-a dək nümunə götürüldüyünü söylədi. Onun sözlərinə görə, yoxlamalar bu ayın sonunadək davam etdiriləcək. //movqe.az//

AzNews.az