“Eldar Namazovun ABŞ-a getməsi növbəti turist gəzintisidir”

16 İyul 2013 14:37 (UTC+04:00)
Eldar Namazovun ABŞ-a getməsi növbəti turist gəzintisidir.


Bu barədə çərşənbə axşamı Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Eldar Namazov bu səfəri həyata keçirməklə şou yaratmaq cəhdini ortalığa qoyub: "Guya ayrı-ayrı dövlətlər bunlarla maraqlanır. Əslində bu, fərdi səfərdən başqa heç bir şey deyil".

Novruzov vurğulayıb ki, hər bir dövlətdə Eldar Namazovun potensialının olmadığını bilirlər və heç bir dövlət, qurum, təşkilat onunla maraqlanmır: "Sadəcə olaraq özləri bu ab-havanı yaratmaq istəyirlər, əslində isə Eldar Namazovun ABŞ-a getməsi müxtəlif şəxslərin sponsorluğu ilə reallaşan növbəti turist gəzintisidir".

Qeyd edək ki, Milli Şuranın İcra Aparatının və "El" hərəkatının sədri Eldar Namazov bu həftənin əvvəli Vaşinqtona gedib.

AzNews.az