150 mindən çox şəxs sürücülük hüququndan məhrum edildi
16 İyul 2013 20:00 (UTC+04:00)
2012-ci ildə Türkiyədə 157,6 min nəfər sürücülük hüququndan məhrum edilib.
Məlumata görə, sürücülük hüququndan məhrumetmə hallarının çoxu (137,9 min) avtomobili sərxoş vəziyyətdə idarə etməklə bağlı olub.
Bundan başqa, 173 nəfər sürət həddıni aşdığını görə bu cəzaya məruz qalıb. Qalan 17,4 min sürücü isə cərimə balı həddini keçmələri səbəbindən bu hüquqdan məhrum olublar.
2011-ci illə müqayisədə ötən il avtomobili sərxoş vəziyyətdə idarəetmə ilə əlaqədar sürücülük hüququndan məhrumetmə halları artıb. Xüsusilə, 2011-ci ildə bu səbəbdən 131,7 min nəfər sürücülük hüququndan məhrum edilib.//trend//
AzNews.az